XİN: Azərbaycan NATO ilə əməkdaşlığın prinsiplərindən razıdır
Bizi izləyin

Nida.az

XİN: Azərbaycan NATO ilə əməkdaşlığın prinsiplərindən razıdır

"Azərbaycan NATO ilə əməkdaşlığın prinsiplərindən razıdır".

APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik Departamentinin rəhbəri Qaya Məmmədov NATO-Azərbaycan Məktəbinin (NİSA) növbəti yay sessiyasının açılışında deyib.

Onun sözlərinə görə, bu əməkdaşlıq ərazi bütövlüyü və suverenliyə hörmət prinsipinə əsaslanır: "Azərbaycan NATO-nu beynəlxalq təhlükəsizliyə təminat verən təşkilat hesab edir. Biz bu qurumun Sülh proqramında, Əfqanıstandakı missiyasında iştirak edirik, NATO ilə Azərbaycan arasında aktiv siyasi dialoq aparılır".

Qedye dək ki, NİSA-nın növbəti yay sessiyası 27 iyun-1 iyul tarixlərində keçiriləcək. Sessiyanın budəfəki mövzusu "NATO-nun Varşava sammiti: Alyansın regional çağırışlara münasibətdə rolu"dur.

Tədbirdə müxtəlif ölkələrdən 40 tələbə və gənc alim iştirak edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm