Çin valyutası çökdü
Bizi izləyin

Dünya

Çin valyutası çökdü

Çin Milli Bankı (mərkəzi bank - red.) ölkənin milli valyutası olan yuanın ABŞ dollarına nisbətən məzənnəsini 0,9% azaldıb.

"APA-Economics" xəbər verir ki, bu devalvasiyadan sonra USD/CNY məzənnəsi 6,6375 səviyyəsində müəyyənləşib ki, bu da 2010-cu ilin dekabrından etibarən ən aşağı göstəricidir.

Bildirilir ki, mərkəzi bankın bu addımına səbəb Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından sonra birjaların dalğalanmasıdır. Bununla yanaşı, rəsmilər qeyd edir ki, yuanın kəskin devalvasiyası gözlənilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm