Koreyalılardan daha bir HOQQA - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Koreyalılardan daha bir HOQQA - FOTOLAR

Cənubi koreyalılar yeni bir idman növü icad ediblər. Ancaq bu idman növü digərlərindən fərqli olaraq hərəkət etməməyi, daha doğrusu heç nə ilə məşğul olmamağı tələb edir.

Koreyalıların fikrincə, müasir dövrdə informasiyalar o qədər sürətlə yayılır ki, insan beş dəqiqəni belə boş keçirəndə özünü cəmiyyətdən geridə qalmış hiss edir. Ona görə də, müasir insan daim sosial şəbəkələrə daxil olur, film izləyir, musiqi dinləyir, kitab oxuyur, televiziya qarşısında oturur, bir sözlə, beynini lazımsız məlumatlarla doldurur. Bir qrup koreyalı bu problemi həll etmək qərarına gəlib. "Tükənmişlik sindromu"ndan əziyyət çəkən bu insanlar ötən il müəyyən günlərdə şəhərin ən böyük parkında toplanıb boş-boş oturmağa başlayıblar. Bu axım bir müddət sonra geniş kütləyə yayılıb.

Vəziyyət o yerə gəlib ki, indi Cənubi Koreyada bu idman növü üzrə yarışlar da keçirilir. Hətta yarışın 70 nəfər arasında keçirilməsi nəzərdə tutulsa da, yarışda iştirak etmək üçün 2000 nəfər müraciət edib. Ona görə də, onlar müəyyən testlərdən keçirilib və müsabiqədə iştirak etməli olan 70 nəfər müəyyənləşdirilib.

Yarışın şərtləri isə qeyri-adidir. Yarış 90 dəqiqə çəkir. Bu 90 dəqiqə ərzində telefona baxmaq, söhbət etmək, yatmaq və ya ətrafı seyr etmək qadağandır. Sadəcə öz fikirlərinizlə məşğul olmalısınız. 90 dəqiqənin sonunda bu qaydaların hamısına əməl edənlərin nəbzi ölçülür. Kimin nəbzi daha zəif vurursa, o, qalib hesab edilir.

Bu ilin qalibi repçi Şin Hoyo-Seb olub. O, yarışmaya evdə hazırlaşdığını, ona görə də qalib gəldiyini deyib.

Koreyalıların icad etdiyi bu idman növü bütün tənbəllərin ürəyincə olduğu üçün düşünürük ki, gələcəkdə daha da populyarlaşacaq.

Publika.az bu maraqlı idman növü üzrə təşkil edilmiş yarışdan fotoları təqdim edir:

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm