56 min insanın qaz sobalarında yandırıldığı yer
Bizi izləyin

Bilgi.az

56 min insanın qaz sobalarında yandırıldığı yer

Faşistlər tərəfindən yaradılan bir neçə düşərgə haqqında yazmışdım. 1937-ci ildə onlardan biri də, "ölümlərdən ölüm bəyən" düşərgəsi Buxenvald qurulur. Düşərgə Veymarın meşəlik ərazilərində salınır. Veymar faşistlər hakimiyyətə gəlməzdən əvvəl Almaniyanın liberal ənənəsinin məhsulu olan ədəbiyyatın öndəgələn adı Yohann Volfqanq Götenin doğulduğu yer və 1919-cu il Alman konstitusiya demokratiyasının - Veymar Respublikasının yarandığı yer kimi tanınırdı. Faşist rejimi zamanı Veymar Bunxenvald düşərgəsi ilə əlaqələndirilməyə başlanır.

Buxenvald çox gözlətmir

Buxenvald 1937-ci ilin iyununda öz qapılarına kişi əsirlərinin üzünə açır. Qadınlar üçün isə bu tarix 1943-cü ilin sonlarına təsadüf edir. Düşərgənin rəhbərləri cənubda, əsirlər isə əsas yer olan şimal hissəyə yerləşdirilirdi. Əsas hissə elektrikli tellərlə, izləmə qüllələri və silahlarla təchiz olunmuşdu. Həmçinin növbətçilər də düşərgəni üzük qaşı kimi mühasirəyə almışdı. Faşistlər bəzi əsirləri vuraraq, digərlərini isə xüsusi sahədə asaraq öldürürdü.

Əvvəllər Buxenvaldın sakinlərinin əksəriyyəti siyasi əsirlər idi. Lakin 1938-ci il, Kristal gecəsindən sonra alman zabit və polisləri əsl maskalarını geyinməyə başlayır. Təxminən 10 000 yəhudinin gəlişindən sonra onlar dəhşətli işgəncələrə məruz qalacaqları Bunxenvald cəhənnəminə göndərilir. Gələnlərin 255-i bir müddət sonra düşərgədə yaşadıqları əziyyətlərə dözməyib həlak olur.

Buxenvald əsirlərinin əsasını təşkil edənlər sadəcə yəhudilər və siyasətçilər deyildi. Siyasətçilər uzun müddət bağlı qalsalar da, düşərgənin əsir infrastrukturunda əhəmiyyətli rol oynamışdılar. İkinci dəfə məhkum olanlar - Yehova şahidləri, romanlar, qaraçılar və Alman ordusundan ayrılanlar Buxenvald düşərgəsində həbs olunur. Guya Buxenvald işləməkdən boyun qaçıranların qazanclı iş tapa bilmədikləri üçün rejim tərəfindən damğalananların göndərildiyi yer idi. Daha sonralar isə düşərgə fərqli millətlərdən döyüş əsirlərini, müqavimət döyüşçülərini, Almaniyanın işğal etdiyi məşhur hökumət rəsmilərini və məcburi şəkildə işləyən xaricilərdən ibarət olmağa başlayır.

1941-ci ildən etibarən bəzi həkim və elm adamları Buxenvaldın əsas hissəsində bəzi əsirlər üzərində tibbi təcrübələr keçirməyə başlayır. Tibbi təcrübələr tifüs, tifo, xolera və difteriya kimi yüzlərlə insanın ölümünə yol açan yoluxucu xəstəliklərin peyvənd və müalicələrinin məhsuldarlığını ölçməyi hədəfləyirdi. 1944-cü ildə danimarkalı həkim Karli Vaernet hormonal transplantlarla homoseksual əsirləri müalicə etdiyini irəli sürdüyü bir sıra təcrübələri tətbiq etməyə başlayır.

Yenə 1944-cü ildə düşərgə rəsmiləri Buxenvalda tərəf gələn alman siyasi əsirləri üçün xüsusi bölmə təşkil edir. Hitlerin 1933-cü ildə gəlişindən əvvəl Almaniya Kommunist Partiyasının lideri olan Ernst Thelmann bu xüsusi hissədə 1944-cü ilin avqust ayında öldürülür...

Buxenvald: məcburi işləyənlər və ətrafdakılar

II Dünya Müharibəsi zamanı Buxenvald düşərgə sistemi əhəmiyyətli və zəruri yerə çevrilir. 1945-ci ilin fevral ayına kimi 112 000-ə çatan əsir əhali sürətlə artırdı. Düşərgə rəsmiləri əsirlərini öz atelyelərində, düşərgənin şaxtalarında işlədirdi. 1942-ci ilin fevralında "Gustloff" firması silah istehsalını dəstəkləmək üçün Buxenvaldın yanında böyük silah-sursat fabrikləri qurur. 1943-cü ildə Veymardakı qatar relslərini düşərgəylə bağlayan dəmiryolunun da işləri tamamlanır. Bu da döyüş təchizatını asanlaşdırırdı.

Buxenvald Almaniya daxilində ən az 88 düşərgənin idarəsini əlinə almışdı. Ətraf düşərgələrdəki əsirlər ümumiyyətlə, silah fabriklərində və tikintilərdə işlədilirdi. Düşərgə zəif ya da xəstə olanları "Əməliyyat 1413"ün bir hissəsi olaraq qaz verərək öldürür və ya Bernburqun evtanaziya təsislərinə göndərirdi. Xəstə və yorğun düşərgə əsirləri "evtanaziya" adı altında qətlə yetirilirdi. İşləyən digər əsirlər isə düşərgə həkiminin müxtəlif maddələr inyeksiyasına məruz qalaraq məhv olurdular.

Buxenvald dağılır...

Sovet qüvvələri Polşadan keçərkən almanlar Almaniya tərəfindən işğal edilən təhdid altındakı düşərgələrdəki minlərlə əsiri azad edib. Uzun, insanlıqdan uzaq əsir həyatından sonra təxminən 10 000 zəif və yorğun əsir 1945-ci ilin yanvar ayında Buxenvalda çatır.

1945-ci ilin aprel ayının əvvəllərində Amerika qüvvələri düşərgəyə yaxınlaşanda almanlar təxminən 28 000 əsiri azad etməyə başlayır. Bu əsirlərin təxminən üçdə biri düşərgəyə gələndən çox qısa bir müddət sonra və ya yolda yorğunluqdan həyatlarını itirib. Bəziləri isə hirsindən quyruğunu dişləyən almanların qurbanı olub.

Qurtuluşlarını gözləyən ac, bir dəri, bir sümük qalan əsirlər 11 aprel 1945-ci ildə müşahidə qüllələrini yıxır və düşərgənin rəhbərliyini ələ keçirir. Eyni gün günortadan sonra Amerika qüvvələri Buxenvalda girir. Həmin vaxt yenə düşərgədə 21 000-dən çox insan tapılır. 1937-ci ilin iyulu və 1945-ci ilin aprel ayları arasında Avropanın hər ölkəsindən təxminən 250 000 insan Buxenvaldda həbs olunub.

Buxenvald bölgəsinə istiqamətli qəti ölüm rəqəmləri sadəcə müəyyən təxminlərdən sonra deyilə bilər. Çünki əsirlərin əhəmiyyətli qisminin qeydiyyatını tapmaq mümkün olmayıb. Buxenvald ölüm düşərgəsində ən az 56 000 kişi öldürülüb. Onların da təxminən 11 000-i yəhudi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm