140 qadını İŞİD-dən azad edən Stiv Maman: ''Mən bunu dinə görə etməmişəm''
Bizi izləyin

Qırmızı.az

140 qadını İŞİD-dən azad edən Stiv Maman: ''Mən bunu dinə görə etməmişəm''

Stiv Maman illədir kariyerasında avtomobil kuratoru və manufaktor kimi İraq və Yaxın Şərqin digər bölgələrində bir çox işgüzar əlaqələr qurub. 2014-cü ilin payızında Stiv Maman həmin əlaqələri vasitəsilə İŞİD-in Şimali İraqa hücumundan sonra yezidi kürdlərini və xristianları azad etməyə başlayıb. Öz maddi imkanı hesabına 102 insanı İŞİD-dən xilas etmək Mamanı ruhlandırıb. Beləliklə, o, 2015-ci il iyunun 25-də "İraqın yezid və xristian uşaqlarının azad edilməsi" (The Liberation of Christian, Yezidis Children of Iraq, CYCİ)təşkilatını yaradıb. CYCİ qısa müddət ərzində böyük uğurlar qazanıb və kütləvi informasiya vasitələrinin diqqətini çəkə bilib.

Yəhudi iş adamı, CYCİ təşkilatının rəhbəri Stiv Maman öz layihəsi - İraqda səfalət içində yaşayan yezidilər, xristianlar və müsəlmanları azad etməsi haqqında Admiral.az-a danışıb.

- Sizcə, dünyaya xeyir verməyin ən gözəl yolu hansıdır?

- İnsanlar bir-birinə görə, məsuliyyət daşıyır. Bir millət digəri üçün, bir qardaş digər qardaşı üçün, ata oğlu üçün və oğul öz atası üçün. Bu, bizim irqimiz və ya dinimizdən asılı deyil. Heç bir sərhəd, heç bir irq və heç bir din bu dediklərimi ayıra bilməz. Bu üç fikri tətbiq edə bilsək, onda bütün insanların qarşısında dura bilərik. Məncə, bu ilk addımım dünyamızı daha yaxşı hala gətirmək üçün uğurludur.

- Siz bir çox insanın həyatını xilas etmisiniz. Özünüzü necə hiss edirsiniz?- Bəli, biz çox insanı azadlığa çıxardıq. 140 qadın və cinsi köləliyə məruz qalan uşaqlar, həmçinin Yunanıstan Lesvos adasından Almaniyaya qədər olan 2310 miqranta kömək edilib. Və biz Kürdüstanda olan 25000-ə yaxın yezidini, xristianı və müsəlmanı müxtəlif düşərgələrə köçürmüşük. Özümü necə hiss edirəm? Bu çox böyük, həm də çətin iş idi. Bu iş mənim ailəmin, şəxsi işlərimin belə qarşısına keçib artıq.

- Kimsə sizi çağırır, dayana bilmirsiniz və yardım etməli olduğunuzu bilirsiniz. Onları azad etməlisiniz. İncildə belə bir ifadə var: "Heç kim öz şəhərində peyğəmbər deyil". Başqa sözlə desək, siz nə qədər kömək etsəniz belə, sizə qarşı hücumlar hər zaman olacaq. Siz isə yaxşılıq etməyə davam edəcəksiniz. Deməli, insanlar artıq həmin səhvləri təkrarlamayacaq. Bu, çox öyük fədakarlıqdır.

- Layihəniz haqqında gələcək planlarınız nələrdir?

-Əslində biz İŞİD-ə qarşı mübarizədə iştirak etmirik və bu ərazilərin azad edilməsi prosesi İraq ordusu tərəfindən həyata keçirilir. Bu humanitar missiyadır. Hər şey Petra düşərgəsində baş verir. Hazırda düşərgədə 1300 yezidi var. Həmin düşərgə isə Yunanıstan hökumətindən dəstək alır və "Mount Olympus"da yerləşir. Orada həmin səfalətdən xilas etdiyimiz insanlara yardım edilir. Onların əksəriyyətinin acınacaqlı hekayəsi var. Hazırda biz onlarla işləyirik.

- Belə bir layihəyə başlamaq ideyası hardan ağlınıza gəldi?

-Bizə məktəb illərindən Holokostu tədris edirlər. Bilirsiniz ki, II Dünya Müharibəsi zamanı 6 milyon yəhudi vəhşicəsinə qətl edilib. Bütün dünya Yaxın Şərqdə yezidilərin, xristianların və müsəlmanların necə əziyyət çəkdiyini bilir. Yəhudilər soyqırımından əziyyət çəkən digər millətləri görəndə qan yaddaşını yeniləyir. Biz onların nə hiss etdiyini başa düşürük. Ona görə də mən bu prosesdə başqalarına kömək edərək, iştirak etmək istədim.

- Sadəcə boş əyləncələrə pul xərcləyən bəzi iş adamlarına mesajınız var?

- Bəli, çox mesajım var. Yunanıstan və ya Kürdüstanda 100 dollarla bir insanın həyatını dəyişə bilərsiniz. Bunun üçün böyük məbləğlərə ehtiyac yoxdur. Sadəcə 100 dollar onlar üçün böyük köməkdir. Həmin biznesmenlər oralarda nə baş verdiyini bilsəydilər, bəlkə də onların həyatını dəyişmək üçün barmaqlarını tərpədərdilər. Elə buna görə də mən həmin insanları dünyanın bu cür yerlərini ziyarət edərək, baş verən hadisələrə baxmağa, reallıqları öz gözləri ilə görməyə və insanların həyatını yaxşıya doğru dəyişməyin əslində necə asan və ucuz olduğunu anlamağa dəvət edirəm.

- Mən İraqa nəyə görə, kömək edə bildim? Yəhudi olaraq, Mərakeşdə doğulmuşam və bu müsəlman ölkəsində yəhudilərə qarşı çox yaxşı davranırlar. Mərakeş kralı bizə qarşı qoruyucu rəftar göstərir. Bizim müsəlman icması ilə güclü münasibətlərimiz var idi. Mən Kürdüstandakı müsəlman xalqına kömək etdim, çünki hər kəs mənim üçün insandır. İŞİD radikal qruplaşmadır. Bu, əsl İslam deyil.

Amma müsəlman dünyası bu saxta İslama göz yumur. Əslində müsəlmalar bu vəziyyətə qarşı fəryad etməlidirlər, qışqırmalıdırlar. Bu, bizlərin yox, müsəlman dünyasının vəzifəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm