Nida.az
Türkiyə XİN-dən Roma papasına sərt sözlər: “Ermənilərin təsirindədir”
Türkiyə Xarici İşlər Nazirliyi İrəvanda səfərdə olan
Roma Papası Fransiskə 1915-ci ildə baş vermiş hadisələr haqda
"soyqırımı" ifadəsi işlətdiyi üçün etiraz edib.
Publika.az Türkiyə mediasına istinadən xəbər
verir ki, XİN Papanı tarixi reallığa söykənməyən fikirlər
səsləndirməkdə ittiham edib: "Papa Fransisk 1915-ci i baş vermiş
hadisələrlə bağlı tarixi reallığa söykənməyən və hüquqi əsası
olmayan ifadələr işlədərək, ermənilərin mövqeyinə bağlı olduğunu
bir daha nümayiş etdirdi".
Türkiyə XİN Papanın ermənilərin təsiri altında olduğunu bəyan
edib.
"Roma Papasının Ermənistanda səfərdə olarkən, "erməni soyqırımı"
ifadəsini işlətməsi, 1915-ci il hadisələri ilə bağlı erməni
katolikosu ilə birgə bəyanat qəbul etməsi, ölkəsinə qayıdandan
sonra iftira və yalan dolu fikirlər səsləndirməsi onun ermənilərin
təsiri altında olduğunu bir daha təsdiqləyib", - deyə bəyanatda
vurğulanır.
Asif
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı