Bəzi uşaqlara verilən adlar - Quba, Lənkəran, Məkkə...
Bizi izləyin

Qırmızı.az

Bəzi uşaqlara verilən adlar - Quba, Lənkəran, Məkkə...

Azərbaycanda öz övladlarına müxtəlif şəhər və rayonların adlarını verənlərin sayı çoxdur.

Ədliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, son beş ildə 146 körpəyə Təbriz, 2 körpəyə Təbrizə adı verilib.

3 uşağa Bakıxan, 293-nə Xəzər, 1-nə Xəzər Dağxan adı verilib.

Son beş ildə 10 uşağa Quba, 6-na Qubaxanım, 1-nə Şuşa, 1-nə Lənkəran, 1-nə Samuxan, 93-nə Laçın, 2-nə Şamaxı, 1-nə Salyan, 1-nə İsmayıllı, 3-nə Gəncəli, 3-nə isə Gəncəvi adı verilib.

Son beş ildə 5419 körpəyə Mədinə, 340-na Sofiya, 16-na Məkkə, 3-nə Məşədi, 12-nə Afina, 4-nə İzmir adı verilib.

Övladlarına İstanbul (1), Qahirə (7), Samara (6), Qüdsi (7), Marsel (7) kimi adlar verənlər də var.

Bundan başqa, uşaqlara Mədinəxanım (14), Mədinənur (1), Mədinə Nouvella (1), Sofiyabanu (1), Sofiya Apreliya (1), İzmirə (1) kimi adlar da verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm