İçi dolu sərnişin avtobusu ağaca çırpıldı: yaralılar var
Bizi izləyin

Hadisə

İçi dolu sərnişin avtobusu ağaca çırpıldı: yaralılar var

Bu gün səhər saatlarında Bakının Xətai rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Admiral.az-ın məlumatına görə, hadisə "Əhmədli" metrostansiyası yaxınlığında, yanacaqdoldurma məntəqəsinin yanında qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən 44 saylı, "DAEWOO" markalı sərnişin avtobusu idarəetməni itirib. Nəticədə sürücü avtomobili ağaca vurub.

Qəza nəticəsində avtobusun içərisində olan sərnişinlər xəsarət alıblar. Yaralılardan iki nəfər qadının xəsarətləri ağır olduğu üçün onlar xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlardan 60 yaşlı Raziyə Kərimovanın baş nahiyyəsi çaööılıb. Digər xəstə 32 yaşlı Aida Babayevanın isə bel və omba nahiyyəsində sınıq qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm