Bəşər Əsəd üzə çıxdı – FOTOLAR
Bizi izləyin

Dünya

Bəşər Əsəd üzə çıxdı – FOTOLAR

Bir neçə aydır ki, görünməyən Suriya rəhbəri Bəşər Əsəd hərbçilər arasına çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Suriyadakı hakim rejimin lideri Bəşər Əsəd Dəməşq yaxınlığında yerləşən Marc El Sultan kəndində hərbçilərlə iftar süfrəsi arxasında görüşüb.

Suriyanın “SANA” dövlət xəbər agentliyi Bəşər Əsədin iftar süfrəsi zamanı çəkilən fotolarını da yayımlayıb.

İftar süfrəsi arxasında ona sadiq qalan hərbçilərlə görüşü zamanı B.Əsəd cəbhədəki vəziyyətdən danışıb. O, ona sadiq qalan hərbçilərə təşəkkür edərək Suriyanın ərazi bütövlüyünü təmin edəcəyini bildirib.

Xatırladaq ki, Suriyada vətəndaş müharibəsinin artıq 5 ili tamam olub. Bu illər ərzində Suriyanın bir çox əraziləri hökumətin nəzarətindən çıxıb.

Suriyada vətəndaş müharibəsi nəticəsində yüz minlərlə insan həlak olub, milyonlarla insan isə ölkədən qaçıb. Hazırda Suriya əraziləri hakim rejim olan Bəşər Əsəsdin, müxalifətin, İŞİD terror təşkilatının və kürdlərin nəzarətində altındadır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm