"Saakaşvili Gürcüstana qayıtsa, həbs olunacaq"
Bizi izləyin

Dünya

"Saakaşvili Gürcüstana qayıtsa, həbs olunacaq"

Sabiq prezidenti Mixeil Saakaşvili Gürcüstana qayıdan kimi həbs olunacaq. Bu barədə Gürcüstanın ədliyyə naziri Teya Tsulukiani deyib.

"Mixeil Saakaşvili Gürcüstan sərhədini keçən kimi, o, həbs olunacaq", - deyə nazir bildirib.

M. Saakaşvili dövlət büdcəsindən 5 mln. dollar məbləğində vəsaiti şəxsi məqsədləri üçün istifadə etməkdə şübhəli bilinir.

Qeyd edək ki, cari ilin may ayında sabiq prezident bildirib ki, Gürcüstana qayıdacaq və aktiv şəkildə siyasi proseslərə qoşulacaq./APA/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm