“Dedpul”un davamı çəkiləcək
Bizi izləyin

Magazin2

“Dedpul”un davamı çəkiləcək

Dünyada milyonlarca insan tərəfindən izlənilən “Dedpul” filminin davamı çəkiləcək.

Publika.az xəbər verir ki, filmin çəkilişləri 2017-ci ilin ilk aylarında başlayacaq. İlk seriyada olduğu kimi filmin davamının da rejissoru Tim Miller olacaq. Yeni filmdə bir çoxlarının sevimlisi olan Kabel obrazını da görəcəyik.

Filmin prodüsserləri bu dəfə treyler yayımlamayacaqlarını, mümkün olduğu qədər az məlumat paylaşacaqlarını açıqlayıblar. Məqsəd insanların keçmiş zamanlardakı kimi film haqqında heç nə bilmədən kinozala daxil olmalarını təmin etməkdir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm