“Super Mario” “Brexit” haqqında: “Ən doğru söz kədərdir...”
Bizi izləyin

Ekopublika.az

“Super Mario” “Brexit” haqqında: “Ən doğru söz kədərdir...”

Avropa Mərkəz Bankının rəhbəri Mario Draghi Böyük Britaniyanın Avropa Birliyindən çıxmasından kədərləndiyini bəyan edib.

Publika.az xəbər verir ki, Portuqaliyada təşkil edilən forumda çıxış edən Mario Draghi “duyğularımızı izah edə biləcək söz tapmağa çalışıram” deyə bildirib. O, qeyd edib ki, böyük dəyişiklikləri izah etmək üçün ən doğru söz 'kədər”dir.

“Super Mario” ləqəbli bank rəhbəri “Brexit” qərarından sonra Avropa Mərkəz Bankı və dünyadakı bir çox mərkəzi bankların maliyyə sabitliyini təmin etmək üçün dəstək verəcəklərini açıqlayıb.

Nəzərə çatdıraq ki, bu gün Draghinin Brüsseldə AB liderləriylə bir araya gəlib müzakirələr aparması gözlənilir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm