Ağdaşda qəribə məxluqun göründüyü anlar - VİDEO
Bizi izləyin

Qırmızı.az

Ağdaşda qəribə məxluqun göründüyü anlar - VİDEO

Son günlər Ağdaş rayon Qoşaqovaq kəndində baş verən olaylar ölkə mediasında, sosial şəbəklərdə hər kəsin marağına və təəccübünə səbəb olub. Kənd sakinləri qorxu və təlaş içindədir. Jurnalistlər gecədən səhərədək adıçəkilən kənddə baş verən hadisələri lentə ala biliblər.

Kənd sakinlərinin hər şeyin gecə baş verdiyini iddia etməsi səbəbindən jurnalistlər də həmin vaxtı gözləyiblər. Başlanğıcda rayon mərkəzindən xeyli aralıda olan Qoşaqovaq kəndində sakitlik höküm sürüb. Ancaq kəndin mərkəzində, polislərin və sakinlərin cəmləşdiyi əraziyə çatdıqdan bir neçə dəqiqə sonra, naməlum kimsənin həyətlərin birində peyda olduğu xəbəri gəlib.

Qoşaqovaq kənd bələdiyyə sədri isə deyir ki, gecələr həqiqətən də kənddə gəzən var. Ancaq bu, hansısa başqa məxluq yox, insandır. Kəndin bələdiyyə sədri Cəbrayıl Həşimovun sözlərinə görə, indiyə qədər heç kimə xəsarət yetirilməyib və heç kimin evindən oğurluq edilməyib. Bununla belə sakinlər narahatdır.

Ağdaş rayon polis şöbəsinin əməkdaşları və sakinlər naməlum şəxs və şəxslərin tutulması üçün kəndin müxtəlif ərazilərində axtarış aparır. (xeberoxu.com)

Həmin anları təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm