Tənbəl işçilərdən bu yolla xilas olun
Bizi izləyin

Maraq dünyası

Tənbəl işçilərdən bu yolla xilas olun

Tənbəllər hər yerdə var. Onlar gözəl həmsöhbət və insan ola bilər, lakin işlərini vaxtında yerinə yetirmirsə, onunla yola getmək qəlizləşir.

Publika.az Rusiya mətbuatına istinadən ofisdə tənbəllərlə yola getməyin yolunu izah edib.

Əvvəlcə tənbəllərin ofisdə ümumi işə ziyan vurub-vurmamasını aydınlaşdırın. Tənbəllik ümumi mənzərədə heç vaxt heç cür əks olunmur. Çünki onsuz da müdirə nə vaxtsa - bu gün və ya sabah bu barədə hesabat veriləcək. Ümumiyyətlə, əgər hər şey normal fəaliyyət göstərirsə, onda özünüzü bu suallarla yormayın.

Əgər tənbəllik ofisdə ümumi işə ziyan vurursa, o zaman rəhbərliyin bu barədə öyrənməsinin vaxtıdır. Əgər rəhbər bununla barışısa, deməli, bu, onu narahat etmir. Bu isə bir daha sübut edir ki, başqasının tənbəlliyi sizi narahat etməli deyil. Əgər siz belə işçilərin firmanı müflis edəcəyini, şirkətin bu yanaşma ilə onsuz da bağlanacağını düşünürsünüzsə, o halda özünüzə yeni iş yeri axtarın.

Əgər həmkarlarınızın tənbəlliyi sizə təsir edirsə və onların işlərini siz yerinə yetirməli olursunuzsa, bu halda müəyyən tədbirlər görmək lazımdır. Bu vəziyyətlə barışmaq olmaz. Həmkarlarınızla şəxsən danışıb məsələni aydınlaşdırmağa çalışın. Onların yerinə işlədiyinizi və çox yorulduğunuzu izah edin. Əgər heç bir nəticəsi yoxdursa, o zaman müdiriyyətə şikayət etməkdən başqa çıxış yolu qalmır. İstənilən halda şef ilə bu barədə danışmaq üçün vaxt tapın. Yaxşısı budur ki, işçilərin vəzifələrini özü dəqiq müəyyən etsin. Bu söhbətdən sonra münaqişə qaçılmazdır, lakin bu, tənbəl həmkarlardan özünü qorumağın yeganə vasitəsidir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm