Atatürk hava limanında partlayış: 36 ölü, 147 yaralı - VİDEO(YENİLƏNİB)
Bizi izləyin

Dünya

Atatürk hava limanında partlayış: 36 ölü, 147 yaralı - VİDEO(YENİLƏNİB)

Bu gecə İstanbulda Atatürk hava limanında törədilən iki partlayış aktı zamanı həlak olanların sayı 36-ya çatıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xarici xətlər terminalında törədilən terror aktı nəticəsində bu dəqiqələrə olan məlumata görə 147 nəfər yaralı var.

Terror hücumu nəticəsində ölənlərin böyük əksəriyyəti kişilərdir. Artıq həlak olanlardan 4-nün şəxsiyyəti müəyyən edilib. Bunlar aşağıdakılardır:

Çağatay Çöl - hava limanı xidmətçisi,

Sadık Petek (47 yaş) - hava limanı xidmətçisi,

Mehmet Mert (30 yaş) - hava limanı xidmətçisi,

Ethem Uzunsoy (43 yaş) - hava limanı xidmətçisi.

***

01:20

İstanbul valisi Vasip Şahin hadisə ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, terror aktını 3 kamikadze törədib. Hadisə zamanı ölənlərin sayı 28 nəfərə çatıb.

***

00:50

Son məlumatlara görə, yaralıların sayı 60 nəfəri ötüb. Onlardan 6 nəfərinin vəziyyəti ağırdı. Xəsarət alan şəxslərin hamısı xəstəxanalara yerləşdirilib.

00:01

Son məlumatlara görə, partlayış nəticəsində 10 nəfər ölüb. Yarılalar barədə dəqiq məlumat yoxdur. İlkin məlumatlara görə, yaralıların sayı 40-dan çoxdur.

23:10

Bir neçə dəqiqə əvvəl İstanbulda Atatürk hava limanında iki partlayış olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə xarici xəttlər terminalında baş verib. Partlayışdan sonra hava limanında atəş səsləri eşidilib.

Xeyli yaralı olduğu bildirilir. 30-dan çox təcili yardım maşını hava limanına göndərilib.

İlkin məlumatlara görə, iki terrorçu polislərin onlardan şübhələndiyini hiss edərək üzərilərində olan qumbaraları partladıblar. Bundan sonra polislə terrorçular arasında atışma olub.

Hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilib. Bütün uçuşlar təxirə salınıb. Hava limanında təyyarələrin enməsinə və qalxmasına icazə verilmir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm