Baş nazir: “Ya evliyik, ya da yox, aralıq variant yoxdur”
Bizi izləyin

Dünya

Baş nazir: “Ya evliyik, ya da yox, aralıq variant yoxdur”

“Avropa Birliyi və Böyük Britaniya ya evlidir, ya da yox. Aralıq münasibətlər ola bilməz”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Lüksemburqun baş naziri Ksavye Bettel bildirib.

“Britaniyalılar səs verdilər və onların seçiminə hörmət etməliyik. Biz ya evliyik, ya da yox. Aralıq variant yoxdur”, - o, deyib.

Baş nazir dəqiqləşdirib ki, Avropa Birliyinin digər 27 ölkəsi hərəkət edəcəyi yolu müəyyən etməlidir.

Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda britaniyalıların 52 faizi Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına səs verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm