Rusiyadan Türkiyəyə BAŞSAĞLIĞI
Bizi izləyin

Dünya

Rusiyadan Türkiyəyə BAŞSAĞLIĞI

Rusiya Dövlət Dumasının Beynəlxalq Komitəsinin sədri Aleksey Puşkov bu gecə İstanbulun Atatürk hava limanında törədilən terror aktı ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Aleksey Puşkov sözügedən terror aktı nəticəsində həyatını itirən dinc insanların ailələrinə də başsağlığı verərək, onlara səbir diləyib.

A.Puşkov bildirib ki, dünyanın istənilən yerində törədilən terror aktının qurbanları günahsız insanlardır:

“Rusiya olaraq İstanbulu, Brüsseli və Parisi yaxşı anlayırıq və hörmət əlaməti olaraq terror qurbanlarının qarşısında baş əyirik. Terror qurbanlarının ailələrinə başsağlığı veririk”.

Xatırladaq ki, bu gecə İstanbulun Atatürk hava limanında törədilən terror aktı nəticəsində bu dəqiqələrə olan məlumata görə 36 nəfər ölüb, 147 nəfər isə yaralanıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm