XİN: İstanbulda törədilmiş terror aktlarını kəskin şəkildə lənətləyirik
Bizi izləyin

Nida.az

XİN: İstanbulda törədilmiş terror aktlarını kəskin şəkildə lənətləyirik

28 iyun 2016-cı il tarixində İstanbulun Atatürk hava limanında törədilmiş qanlı və xain terror aktlarını kəskin şəkildə lənətləyirik.

Bu barədə Azərbaycan XİN-dən Publika.az-a daxil olan məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə qardaş Türkiyə ilə həmrəyliyini bir daha ifadə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm