Nazirlik əməkdaşı döyüldü
Bizi izləyin

Hadisə

Nazirlik əməkdaşı döyüldü

Şahdağ Milli Parkının əməkdaşı iyunun 26-da parkın ərazisinə qanunsuz daxil olan 4 nəfər tərəfindən fiziki təzyiqlərə məruz qalıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, şəxsiyyətləri məlum olmayan 4 nəfər 90-VN-103 dövlət nömrə nişanlı VAZ markalı avtomaşınla milli parkın ərazisinə qanunsuz daxil olaraq meşə ərazisində tonqal qalamağa cəhd göstərib. Şahdağ Milli Parkının Şamaxı bölməsinin meşəlik ərazisinə cavabdeh olan Fərhad Cəlilov onlara, meşədə tonqal qalamağın qanuna zidd və təhlükəli olduğunu, milli parka qanunsuz daxil olduqlarını izah edib və meşə sahəsini tərk etmələri barədə xəbərdarlıq bildirib. Lakin qanun pozucuları milli parkın əməkdaşının qanuni tələblərinə məhəl qoymayıb, əksinə onu təhqir edib və fiziki təzyiq göstərməklə baş nahiyəsinə xəsarətlər yetirərək hadisə yerindən qaçıblar. Müvafiq həkim yardımı alınması və ekspert qiymətləndirilməsi məqsədilə F. Cəlilov tərəfindən Şamaxı rayon xəstəxanasına müraciət edilib.

Baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə və aidiyyəti üzrə polis orqanına məlumat verilib. Hazırda təqsirkarların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən qanunamüvafiq tədbirlər görülür.

Qeyd edək ki, təbiət mühafizəçilərinə qarşı bu cür insidentlər dəfələrlə müşahidə olunub, təbiətə qanunsuz müdaxilələrin qarşısı ETSN-nin əməkdaşlarının həyatı bahasına alınıb, xeyli sayda təbiət mühafizəçisi fiziki təzyiqlərə məruz qalaraq yaşıllıqların, ətraf mühitin qorunmasında fədakarlıq göstərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm