Ramzan Kadırov İstanbul terrorundan DANIŞDI
Bizi izləyin

Dünya

Ramzan Kadırov İstanbul terrorundan DANIŞDI

Çeçen Respublikasının prezidenti Ramzan Kadırov bu gecə İstanbulun Atatürk hava limanında törədilən xain terror aktı ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ramazan Kadırov terror aktını törədənləri qınayaraq, hadisə qurbanlarının ailələrinə və yaxınlarına Allahdan səbir diləyib.

R.Kadırov bildirib ki, terrorçuların vətəni olmur: “Terrorçular kim olursa olsun, nə edirlərsə, etsinlər, onların hərəkətləri qınanmalıdır. Dünyada terror yolu ilə aparılan mübarizəyə heç bir halda haqq qazandırmaq olmaz. Terrorçuların əsl məqsədi qan, kütləvi ölümlər və qorxu yaratmaqdır. Dünya yalnız və yalnız bir yerdə olub, terrorla effektli mübarizə aparmalıdır ki, bu cür dəhşətli hadisələr bir daha təkrarlanmasın. Mən İstanbulun hava limanında törədilən xain terror aktı nəticəsində həlak olan dinc insanlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına isə səbir diləyirəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm