“İslam Dövləti” ad günündə İstanbulu qana boyadı - ETİRAF (YENİLƏNİB)
Bizi izləyin

Dünya

“İslam Dövləti” ad günündə İstanbulu qana boyadı - ETİRAF (YENİLƏNİB)

Sosial şəbəkələrdə şok bir iddia irəli sürüb. Şəbəkələrin istifadəçiləri xatırladırlar ki, hadisə “İslam Dövləti”nin ildönümündə törədilib. Onlar bildirir ki, iki il əvvəl - 29 iyun 2014-cü ildə İŞİD “İslam Dövləti”nin yaradıldığını elan edib.

***

İstanbul Atatürk Hava Limanında baş verən terror aktını İŞİD törədib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Baş naziri Binəli Yıldırım deyib.

O, terror aktının İŞİD tərəfindən törədildiyinə dair ilkin ehtimalların olduğunu açıqlayıb: “Terrorçular bir taksi ilə hava limanına gəlib və hücum ediblər. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar terror aktının İŞİD tərəfindən törədildiyini ehtimal etməyə imkan verir. Lakin bu istiqamətində iş aparılır”.

***

İŞİD Atatürk Hava Limanında törədilən terror aktının məsuliyyətini üzərinə götürüb.

Publika.az xəbər verir ki, bu barədə məlumatı “Associated press” agentliyi yayıb.

Qeyd edək ki, dünən axşam saatlarında Atatürk Hava Limanında törədilən terror aktı nəticəsində 36 nəfər həlak olub, 147 nəfər yaralanıb.

Asif

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm