Tramp: “ABŞ İstanbul terrorundan nəticə çıxarmalıdır”
Bizi izləyin

Dünya

Tramp: “ABŞ İstanbul terrorundan nəticə çıxarmalıdır”

ABŞ prezidentliyinə namizəd, milyarder Donald Tramp bu gecə İstanbulun Atatürk hava limanında törədilən terror aktı ilə bağlı Türkiyəyə başsağlığı verib.

Publika.az xəbər verir ki, Donald Tramp bu barədə özünün “Tvitter” səhifəsində qeyd edib.

Amerikalı milyarder bildirib ki, sözügedən xain terror aktı çox dəhşətli hadisədir: “Mən İstanbulda dəhşətli terror aktı törədənləri qınayıram və faciə qurbanlarının ailələrinə başsağlığı verirəm. Bu terror aktından ABŞ da nəticə çıxarmalıdır. ABŞ İŞİD problemini birdəfəlik həll etməlidir. Nə qədər ki, İŞİD məhv edilməyib, dünyada vahimə və qorxu olacaq. İndi İŞİD meşə yanğınları kimi çox sürətlə ətrafa yayılır. İŞİD-in əsas silahlarından biri də internetdir ki, terrorçular interneti bizdən daha yaxşı idarə edirlər. Amerika İŞİD problemi ilə bağlı daha ciddi addımlar atmalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm