Flora Kərimova Teymur Əmrahı HƏDƏLƏDİ: “Özünü yığışdırmasan…”
Bizi izləyin

Magazin1

Flora Kərimova Teymur Əmrahı HƏDƏLƏDİ: “Özünü yığışdırmasan…”

Xalq artisti Flora Kərimova ilə həmkarı Teymur Əmrah arasında qalmaqal yenidən qızışıb. Belə getsə, tərəflər məhkəmədə qarşılaşmalı olacaq.

Publika.az-a açıqlama verən Xalq artisti belə deyib: “Teymur Əmrah, aç qulağını eşit, mənim kolum sənin girəcəyin kol deyil. Mənim tərəzim, sənin tərəzin deyil. Bəsdir, onu-bunu öyrədib, sosial şəbəkədə mənə şər, böhtanlar atdırmağın. Sən məni öldürməyə hazırsan. Amma mən özümə arxayınam və bu hərəkətlərinə son qoymasan, səninlə başqa cür danışacam. Onun oriyentasiyası ilə bağlı camaat arasında söz-söhbət gəzir. Bax, ona deyirəm ki, əgər mənə qarşı şər, böhtanı dayandırmasan, səni məhz oriyentasiyana görə ekspertizaya göndərəcəm. Əgər getməsən, demək ki, boynuna almış olacaqsan. Getməyə də bilər, bu, onun şəxsi işidir. Getsə də, biabır olacaq”.

Flora Kərimova ömrünün sonuna qədər Teymur Əmrahla barışmayacağını da bildirib: “İlhamə Quliyeva düz beş il mənə yalvardı ki, gəl barışaq. Amma mən barışmadım. Teymur Əmrah da barışıq sözünü dilinə gətirməsin, heç vaxt məni təhqir edən, şərləyən adamı bağışlamaram”.

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm