Bu stansiyada giriş-çıxış bağlandı
Bizi izləyin

Qırmızı.az

Bu stansiyada giriş-çıxış bağlandı

“20 Yanvar” stansiyasının I vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanır.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, buna səbəb stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-5 tipli eskalatorun istismar müddətini başa vurmasıdır.

Buna görə də, “20 Yanvar” stansiyasının I vestibülü iyulun 1-dən etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (Azərsu ASC, Respublika Velotreki, Moskva prospekti, Diaqnostika mərkəzi tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq. “Bakı Metropoliteni” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Qeyd edək ki, I vestibül bağlı olsa da keçid piyadalar üçün açıq olacaq. Yəni sakinlər, keçiddən istifadə etməklə Zərdabi küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm