Türkiyə sosial şəbəkələri nəzarətə götürdü – TERRORA GÖRƏ
Bizi izləyin

Dünya

Türkiyə sosial şəbəkələri nəzarətə götürdü – TERRORA GÖRƏ

Türkiyə hökuməti terrorla əlaqədar ölkədə sosial şəbəkələri və digər internet resurslarını nəzarətə götürüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Rabitə və İnformasiya Texnologiyaları Təşkilatı terrora çağırış, insanlarda qorxu və vahimə yarada bilən məlumatları internet vasitələrində paylaşan şəxslərə qarşı cəza tətbiq edəcək.

Yeni qərara görə, Türkiyədə törədilən hər hansı terror aktı və ya cinayət hadisəsi ilə bağlı məlumat, foto və ya video materiallarını sosial internet şəbəkələrində paylaşan şəxslər də məsuliyyətə cəlb olunacaq.

Türkiyə mediası bu qərarın artıq qüvvəyə mindiyini yazıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm