İstanbul terror aktının şok səbəbi: Rusiya və İsrail... – Moskva açıqladı
Bizi izləyin

Dünya

İstanbul terror aktının şok səbəbi: Rusiya və İsrail... – Moskva açıqladı

“İstanbuldakı terror aktı Rusiya və Türkiyənin münasibətlərinə qarşı yönəlib”.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Federasiya Şurasının beynəlxalq işlər üzrə komitənin başçısı Konstantin Kosaçev İstanbul Atatürk hava limanında törədilən terror aktını şərh edərkən deyib.

“İstanbuldakı terror aktı Rusiya və İsraillə münasibətləri qaydaya salmaq istəyən Türkiyə hakimiyyətinə qarşı yönəlib”, - komitə başçısı hesab edir.

Senator həmçinin əminliyi ifadə edib ki, terror aktı Rusiya və Türkiyə liderlərinin dialoquna mənfi təsir etməyəcək: “Çünki, heç nəyə baxmayaraq, biz bu gün Türkiyə xalqı ilə həmrəyik”, - o, “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, terror aktında “İslam dövləti” (İŞİD) terror qruplaşmasının mümkün iştirakı haqqında Türkiyə hakimiyyətinin versiyası ən ehtimal versiyadır.

Xatırladaq ki, dünən törədilən terror aktında son məlumatlara görə, 36 insan həlak olub, 147-si yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm