Əfsanəvi qapıçı karyerasını bitirdi
Bizi izləyin

İdman

Əfsanəvi qapıçı karyerasını bitirdi

Fransada keçirilən Avropa çempionatının bir çox futbolçu üçün son turnir olacağı məlum idi. Artıq ilk ayrılıq səsləri eşidilməyə başlayıb.

Publika.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı əfsanəvi qapıçı İker Kasilyas İspaniya millisindəki karyerasını başa vurub.

AÇ-2016-da əsas heyətdə yer almayan İker De Xeanın əvəzləyicisi kimi ehtiyat oyunçular skamyasında oturdu.

Kasilyas İspaniya millisində ən çox oyun (160) keçirən futbolçudur. İndi onun bu xəbərlərə necə reksiya verəcəyi maraqla gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm