Ukrayna futbolu da çökür – “Dnepr”...
Bizi izləyin

İdman

Ukrayna futbolu da çökür – “Dnepr”...

Ukraynanın "Dnepr" futbol klubu fəaliyyətini dayandıra bilər.

Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Dnepropetrovsk təmsilçisinin sahibi, iş adamı İqor Kolomoyski klubun borcunu ödəməkdən imtina edib və klubu dağıtmaq qərarına gəlib.

Hazırda "Dnepr" klubundan olan təşəbbüskar şəxslər komandanın heç olmasa ikinci liqada mövcudluğunu qoruması üçün sərmayəçi axtarır.

Qeyd edək ki, son illərdə "Dnepr" Ukraynanın aparıcı klublarından biri olub. Dnepropetrovsklular, hətta 2015-ci ildə Avropa Liqasının finalına vəsiqə qazanaraq həlledici görüşdə İspaniya təmsilçisi "Sevilya"ya 2:3 hesabı ilə məğlub olub.

Elə həmin mövsümdə "Dnepr" Avroliqanın qrup mərhələsində "Qarabağ"la da qarşılaşıb. Ağdam klubu səfərdə rəqibini 1:0 hesabıyla məğlub etsə də, Bakıda uduzub - 1:2.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm