Türkiyə XİN: Terror aktında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur
Bizi izləyin

Nida.az

Türkiyə XİN: Terror aktında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

İyunun 28-də axşam İstanbulun Atatürk aeroportunda baş vermiş terror aksiyasında ölən və yaralananların şəxsiyyətlərinin müəyyənləşdirilməsi prosesində Azərbaycan Respublikası vətəndaşının adına rast gəlinməyib.

Bu barədə APA-nın Türkiyə müxbirinə Türkiyə XİN-dən məlumat verilib.

XİN-dən bildirilib ki, bu istiqamətdə işlər davam etdirilir, ölü və ya yaralı siyahısında Azərbaycan vətəndaşları ilə bağlı yenilik olsa, səfirliyə məlumat veriləcək.

Qeyd edək ki, terror aktı nəticəsində 36 nəfər həlak olub, 147 nəfər yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm