Terrorçular xarici ölkələrin vətəndaşları olub? – EHTİMAL
Bizi izləyin

Dünya

Terrorçular xarici ölkələrin vətəndaşları olub? – EHTİMAL

İstanbul Bakırköy Respublika Baş prokurorluğu dünən Atatürk Hava Limanında həyata keçirilən terror aktı ilə əlaqədar istintaqa başlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, terror aktını törədən kamikadzelərin xarici ölkələrin vətəndaşları olması ehtimalı üzərinə dayanılır.

Məlumata görə, terror aktını törədən 3 kamikadzenin bədənləri bir neçə hissəyə parçalandığı üçün onların şəxsiyyətlərini müəyyən etmək hələ mümkün olmayıb. Onların hadisədən əvvəl kəşfiyyat aparıb-aparmadığını öyrənmək üçün hava limanındakı təhlükəsizlik kameralarında qeydə alınan görüntülər araşdırılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm