Terror qurbanlarının şəxsiyyəti müəyyənləşdi
Bizi izləyin

Dünya

Terror qurbanlarının şəxsiyyəti müəyyənləşdi

Atatürk hava limanında törədilmiş terror aktı nəticəsində ölənlərin əksəriyyətinin şəxsiyyəti müəyyən edilib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ölənlərin 23-ü Türkiyə, 5-i Səudiyyə Ərəbistanı, 2-i İraq, 1 nəfər olmaqla Tunis, Özbəkistan, İran, İordaniya və Ukrayna vətəndaşlarıdır.

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb. Son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm