Ərdoğan və Putinin görüş vaxtı və yeri məlum oldu (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Ərdoğan və Putinin görüş vaxtı və yeri məlum oldu (YENİLƏNİB)

Türkiyə və Rusiya prezidentlərinin görüş yeri və vaxtı məlum olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş sentyabrın 4-5-də Çində keçiriləcək.

Həmin günlərdə Çində G20 sammiti keçiriləcək. Prezidentlərin son görüşü də ötən ilin noyabr ayında Antalyada keçirilən G20 sammitində baş tutmuşdu.

***

14:53

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya prezidenti Vladimir Putin görüşəcək.

Publika.az xəbər verir ki, Türkiyə prezidentinin rəsmi saytında iki liderin görüşməklə bağlı qərara gəldiyi haqda məlumat yayılıb.

Ərdoğanla Putin telefon danışığında ikitərəfli münasibətlərin normallaşdırılmasından, İstanbulda törədilən terror aktından danışıblar.

“İkitərəfli münasibətlərin yenidən canlandırılması və terrora qarşı ortaq mübarizə məsələsini müzakirə edən iki lider görüşməklə bağlı da qərar veriblər”, - deyə məlumatda qeyd olunur.

***

13:50

Rusiya prezidenti Vladimir və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

NTV telekanalı Ərdoğana yaxın mənbələrə istinadən telefon söhbətinin “çox məhsuldar və pozitiv” keçdiyini xəbər verib.

Telekanalın həmsöhbəti həmçinin qeyd edib ki, telefon danışıqları 40 dəqiqə davam edib. Rəsmi bəyanatın daha sonra veriləcəyi gözlənilir.

Ömər Dağlı

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm