Azərbaycan,Türkiyə və Rusiya xarici işlər nazirləri görüşə bilər
Bizi izləyin

Nida.az

Azərbaycan,Türkiyə və Rusiya xarici işlər nazirləri görüşə bilər

Rəsmi Ankara iyulun 1-də Soçidə keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısına Rusiya tərəfindən edilən dəvəti qəbul edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Vasili Nebenzya bildirib.

V.Nebenzya Türkiyə və Ukrayna xarici işlər nazirlərinin Soçidə keçiriləcək toplantıya dəvət edildiyini söyləyib: "Rusiya olaraq biz QDİƏT-ə üzv dövlətlərin xarici işlər nazirləri ilə yanaşı, Türkiyə və Ukraynanı da toplantıya dəvət etmişik. Hər bir ölkə nümayəndəsini gözləyirik".

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) sözügedən toplantıya Rusiya tərəfindən göndərilən dəvətə müsbət cavab verib.

XİN-dən verilən açıqlamada deyilir ki, sözügedən toplantıda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu səviyyəsində təmsil olunacaq.

Qeyd edək ki, sözügedən toplantı çərçivəsində Azərbaycan, Türkiyə və Rusiya xarici işlər nazirləri arasında görüşün keçirilməsi gözlənilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm