Rusiya vətəndaşlarının Türkiyəyə səfər qadağası götürüldü - VİDEO
Bizi izləyin

Dünya

Rusiya vətəndaşlarının Türkiyəyə səfər qadağası götürüldü - VİDEO

Rusiya prezidenti Vladimir Putin türk həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon söhbətində rusiyalı turistlərin Türkiyəyə səyahətinə tətbiq olunan məhdudiyyətlərin ləğvini müzakirə edib.

Publika.az xəbər verir ki, bu haqda Kremlin mətbuat xidmətindən bildirilib.

Kremlin xəbərində qeyd edilir ki, Türkiyə hökuməti Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasına yönələn əlavə addımlara təşəbbüs etməlidir.

Rusiya və Türkiyə prezidentləri telefon söhbətinin gedişatında ikitərəfli əlaqələrin inkişafına dəstək mövzusunda razılaşıblar. Bundan başqa, dövlət başçıları regional böhranların həllində, həmçinin münaqişə zonalarında terrorizmə qarşı əməkdaşlığın əhəmiyyətini qəbul ediblər.

Məlumata görə, Rusiya prezidenti qarşılıqlı faydalı əməkdaşlığın bərpası üçün hökumətə Türkiyə hakimiyyəti ilə danışıqlara başlamağı tapşıracaq.

“Rusiya lideri bildirib ki, hökumətə ticarət-iqtisadi əlaqələri bərpa etmək üçün Türkiyənin müvafiq idarələri danışıqlara başlamağı tapşıracaq”, - xəbərdə deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm