TERROR: Məşhur idmançı ailəsi ilə o şoku yaşadı
Bizi izləyin

İdman

TERROR: Məşhur idmançı ailəsi ilə o şoku yaşadı

Türkiyədə baş verən terror hadisəsi zamanı Atatürk hava limanında olan məşhur idmançılardan biri dəhşətli anları xatırladıb.

Publika.az xəbər verir ki, məşhur türkiyəli basketbolçu İbrahim Kutluay da həmin vaxt aeroportda olub. “Hürriyət” qəzetinə danışan İbrahim həyat yoldaşı Demet Şener və uşaqları ilə birlikdə yaşadığı şoku belə anladıb:

“Səfərdən qayıdırdıq. Hava limanına daxil olan zaman çaxnaşma düşdü. Nə olduğunu anlaya bilmədik. Bir müddət gözlətdilər bizi. İnsanlar çox qorxmuşdu. Əməliyyat bitəndən sonra hava limanından çıxa bildik”.

Xatırladaq ki, Atatürk hava limanında baş verən partlayışda 41 nəfərin öldüyü, 239 nəfərin yaralandığı deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm