Polis qarşılaması: “Cəhənnəmə xoş gəldiniz”
Bizi izləyin

İdman

Polis qarşılaması: “Cəhənnəmə xoş gəldiniz”

Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının startına təxminən 1 ay vaxt qalıb. Hələ də okeanın o tayında təhlükəsizlik məsələləri ilə bağlı problemlər var.

Publika.az xəbər verir ki, Rio-de-Janeyro hava limanında asayişi qoruyan polislər turistləri “Cəhənnəmə xoş gəlmisiz” banneri ilə qarşılayır. Həmin ifadənin altında isə bu sözlər yazılıb: “Polis və yanğınsöndürənlərə əməkhaqqı ödənilmir. Rio-de-Janeyroya gələn hər kəs burada təhlükəsizlikdə olmayacaq”.

Bazar ertəsi, iyunun 27-də paytaxtda çalışan polislər etiraz aksiyası keçirmişdi. Etirazçıların sözlərinə görə maliyyə çatışmazlığı üzündən onların fəaliyyəti iflic vəziyyətə düşüb.

Rio-2016 Yay Olimpiya Oyunları avqustun 5-dən 21-dək keçiriləcək.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm