AÇ-2016: İtaliya millisində ciddi itki
Bizi izləyin

İdman

AÇ-2016: İtaliya millisində ciddi itki

AÇ-2016-nın 1/4 final mərhələsində Almaniya ilə qarşılaşacaq İtaliya millisi çətin vəziyyətlə üzləşib.

Publika.az xəbər verir ki, baş məşqçi Antonio Kontenin əsas güvəndiyi oyunçulardan olan Daniele De Rossi zədə səbəbindən almanlarla vacib oyunu buraxmalı olacaq. Bu barədə məlumatı "Sky Sport İtalia" yayıb. "Roma"lı futbolçu millinin son məşqində iştirak etməyib.

De Rossinin mövqeyində oynayan Tyaqo Mottanın və əsas heyətin digər üzvü Antonio Kandrevanın isə cəzalı olması, Konteni çətin vəziyyətlə üz-üzə qoyub.

İtaliya - Almaniya oyunu iyulun 2-də, saat 23:00-da start götürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm