Gəncəyə 5 milyon manat ayrıldı
Bizi izləyin

Nida.az

Gəncəyə 5 milyon manat ayrıldı

Prezident İlham Əliyev Gəncə şəhəri ərazisinə yağan leysan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə sərəncam imzalayıb.

Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Gəncə şəhəri ərazisinə yağan leysan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Gəncə Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm