Sarkisyan Ərdoğana teleqram göndərdi
Bizi izləyin

Dünya

Sarkisyan Ərdoğana teleqram göndərdi

Ermənistan prezidenti Serj Sarkisyan dünən İstanbulun Atatürk Hava Limanında baş vermiş terror aktı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı teleqramı göndərib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ermənistan dövlət başçısının mətbuat xidmətindən bildirilib.

“Ermənistan prezidenti terror aktını pisləyib, hadisə nəticəsində həyatını itirənlərin qohumlarına dərin başsağlığı verib və zərər çəkənlərin tezliklə sağalmasını arzulayıb”, - xəbərdə deyilir.

Qeyd edək ki, terror aktında 41 nəfər həlak olub, 239-u yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm