Astroloji proqnoz - 30 iyun
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 30 iyun

Qoç - Sahib olduqlarınızın qiymətini bilin. Banklar və ya dövlət idarələri ilə problem yaşaya bilərsiniz. Məsələni dəqiqləşdirmədən ani qərarlar verməyin.

Buğa - Dinclik tapacaqsınız. Bu gün edəcəyiniz ziyarətlər gələcəklə bağlı planlarınızı dəyişə bilər. Partnyorunuzun etdiyi sürpriz onunla bağlı qeyri-müəyyənlikləri unutmağınıza səbəb olacaq.

Əkizlər - Həyatınızın hər sahəsində ədalətli olmağa çalışın və bərabərliyə önəm verin. Əks təqdirdə işləriniz arzuladığınız kimi getməyə bilər.

Xərçəng - Bəzi mövzular ətrafında fikirlərinizi yenidən götür-qoy etməlisiniz. Əks fikirlərə dözümlü olun. Hər şeyi təklikdə həll edə bilməzsiniz. Dostlarınızdan kömək istəməkdən çəkinməyin.

Şir - Diqqət mərkəzində olacaqsınız. Bundan narahat olmayın. Əksinə vəziyyətdən öz xeyrinizə istifadə edin. Liderlik bacarıqlarınızı işə salın.

Qız - Maddiyyat və səhhətinizlə bağlı problemlər yaşaya bilərsiniz. Ailə və dostlarınızın dəstəyi özünüzü ələ almağa kömək edəcək.

Tərəzi - Rəqabətə daxil olmazdan öncə ehtiyacınız olan hər şeyi dəqiqləşdirin. Özünüzə əminliyiniz gözünüzü kor etməsin.

Doğru strategiyanı müəyyənləşdirin.

Əqrəb - İşlərinizi çətinləşəcək, ancaq bu mübarizə ruhunuzu gücləndirəcək, 6-cı hissinizə güvənin. Eşq həyatınızda yeniliklər gözlənilir.

Oxatan - Hisslərinizlə hərəkət etməyin, yoxsa gələcəkdə peşman ola bilərsiniz. İnsanları tanımadan onlar haqda fikir yürütməyin.

Oğlaq - Azadlığınızı əlinizdən verməyin. Başqalarının fikirləri ilə hərəkət etsəniz, heç vaxt xoşbəxt ola bilməyəcəksiniz.

Dolça - Sizin kimi başqalarının da şəxsi həyatı və azadlıq ehtiyacı var. Özünüz üçün tələb etdiklərinizi başqalarına verməyi sınayın.

Balıq - Bəzi mövzularda həddən artıq inadkarlıq etməyin. Səbirli olun. Romantik münasibətlər sizi həyəcanlandıracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm