Nida.az
"Qarabağ münaqişəsinin nizamlanmasında aparıcı rol Rusiyaya aiddir"
Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aparıcı rol oynayır.
Bu fikri "Rossiya-24" telekanalının efirində Rusiyanın ATƏT yanındakı daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.
"Vyanada Minsk qrupu həmsədrləri (Rusiya, Fransa və ABŞ) vasitəsi ilə həm Azərbaycan, həm də Ermənistan prezidentləri ilə razılıq əldə etmək cəhdi nə isə bir təkan verdi, lakin ən böyük potensiala Rusiya tərəfi malikdir", - deyə diplomat əlavə edib.
O, həmçinin qeyd edib ki, ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin Bakı və İrəvana səfərləri ilə bağlı hər hansı bir inqilabi qərarın qəbul ediləcəyini gözləmir.
"Fəaliyyətdə olan sədr baxmayaraq ki, idarə edir, amma yenə də hər şeyi iştirakçı dövlətlər həll edir. Fəaliyyətdə olan sədr sözsüz ki, mühüm rol oynayır, lakin bu hərəkətverici qüvvə deyil. Hərəkətverici qüvvə üç həmsədri olan Minsk qrupudur", - deyə o bildirib.
Lukaşeviç Ştaynmayerin Bakı və İrəvana səfəri ilə bağlı hər hansı bir əhəmiyyətli razılaşma gözləmədiyini qeyd edib.
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək