Qazaxıstanda radikal qruplaşmanın hücum planı ifşa edildi
Bizi izləyin

Dünya

Qazaxıstanda radikal qruplaşmanın hücum planı ifşa edildi

Qazaxıstanın Karakanda vilayətində radikal qruplaşmanın üzvləri zərərsizləşdirilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda respublikanın Milli Təhlükəsizlik Komitəsinin saytında yerləşdirilən xəbərdə bildirilir.

Məlumata görə, radikal qruplaşmanın üzvləri əldəqayırma partlayıcı qurğulardan istifadə yolu ilə terror aktlarını həyata keçirməyi planlaşdırırdılar. Qruplaşmanın üzvləri iyunun 26-da Balxaş şəhəri və Gülşad qəsəbəsində aşkar edilib. Gülşad qəsəbəsində keçirilən əməliyyat zamanı döyüşçülərdən biri üzərindəki partlayıcını işə salıb və aldığı yaralardan həyatını itirib.

“Başqa qurbanlar və zərər çəkənlər yoxdur”, - xüsusi xidmət orqanının xəbərində deyilir.

Qruplaşmanın digər üzvləri saxlanılıb. Onlardan partlayıcı qurğular, odlu silah və digər maddi sübutlar götürülüb. Fakt üzrə cinayət işi açılıb, istintaq tədbirləri davam edir.

Xatırladaq ki, iyunun 6-da ekstremistlər Qazaxıstanın Aktobe şəhərində iki silah mağazası və hərbi hissəyə hücum ediblər. Hücum nəticəsində 8 nəfər həlak olub, 13 cinayətkar məhv edilib, 9-u saxlanılıb. İyunun 12-də terrorçu qrupun zərərsizləşdirilməsi üzrə əməliyyat başa çatıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm