CİA direktoru: “İstanbul terror aktının arxasında...”
Bizi izləyin

Dünya

CİA direktoru: “İstanbul terror aktının arxasında...”

“İslam dövləti” (İŞİD) terror qruplaşması İstanbulun Atatürk Hava Limanında həyata keçirdiyi hücumun eynisini ABŞ-da təşkil edə bilər”.

Publika.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Con Brennan “Yahoo News” nəşrinə müsahibəsində bildirib.

“Əgər İŞİD ABŞ-da bu cür hücumları təşkil etməyə çalışmasaydı, mən təəccüblənərdim”, - CİA-nın başçısı deyib.

O, xatırladıb ki, hələlik heç bir terror qruplaşması İstanbuldakı terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib. Amma Brennan əminliyi ifadə edib ki, sözügedən terror hücumu İŞİD-in işidir.

“Bu, kamikadzelərin partlaması idi. Bu, adətən İŞİD-in metodudur”, - idarənin başçısı vurğulayıb.

Son məlumatlara görə, üç kamikadzenin həyata keçirdiyi terror aktı nəticəsində 13-ü əcnəbi olmaqla 41 nəfər həlak olub, 239-u yaralanıb. Türkiyənin baş naziri Binəli Yıldırım bildirib ki, toplanan dəlillər terror aktının arxasında İŞİD-in olduğunu göstərir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm