“ABŞ terror təşkilatına simpatiya bəsləyir”
Bizi izləyin

Dünya

“ABŞ terror təşkilatına simpatiya bəsləyir”

Rusiya ABŞ-ın “Ən-Nüsra” Cəbhəsinə simpatiyasından şübhələnir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov deyib.

Rusiya xarici siyasət idarəsinin başçısı qərb partnyorlarını müxalifət güclərinə təsir etməməkdə ittiham edib.

“Əks təqdirdə təəssüratı yarana bilər ki, qərb partnyorları vəziyyətdən istifadə edərək “Ən-Nüsra” Cəbhəsini bir təhər saxlamaq istəyirlər. Bu, əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsinin kobud pozuntusudur. Qətnamədə “Ən-Nüsra” Cəbhəsi və İŞİD terror təşkilatları elan edilib”, - Lavrov vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm