Co Bayden: "Dünya Türkiyə ətrafında birləşdi"
Bizi izləyin

Dünya

Co Bayden: "Dünya Türkiyə ətrafında birləşdi"

ABŞ-ın vitse-prezidenti Co Bayden Ankaranın Vaşinqtondakı səfirliyinə gələrək Anatürk hava limanında törədilən terror qurbanlarının xatirə kitabına ürək sözlərini yazıb.

Bu barədə Trend Anadolu Agentliyinə istinadən xəbər verir.

"Bütün dünya terror aktından sonra Türkiyə ətrafında birləşdi", - deyə Bayden bildirib.

O qeyd edib ki, əgər terrorçular hava limanının terminalına keçə bilsəydilər, onda terror qurbanlarının sayı daha çox ola bilərdi.

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında törədilmiş terror aktı nəticəsində 42 nəfər ölüb, 239 nəfər yaralanıb. İlkin məlumatlara görə, terror aktının arxasında İŞİD terror təşkilatı dayanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm