Partiya rəhbəri, mühəndis... elektro-gestapo
Bizi izləyin

Bilgi.az

Partiya rəhbəri, mühəndis... elektro-gestapo

CARL SIEMENS necə başardı?

Hitlerin kansler seçilməsində böyük və əvəzsiz rol oynadı. Birinci Dərəcəli Döyüşə Faydalılıq Xaçı Mükafatına layiq görüldü. "Nə etdimsə, ölkəm üçün etdim", – dedi, amma onun bu müharibəyə meyilliliyi heç vaxt müsbət qarşılana bilməzdi...

Werner Siemensin oğlu olan Carl Siemens, 1872-ci ildə Almaniyanın Berlin şəhərində dünyaya gəldi. Orta məktəbi oxuyub bitirdi, amma həmişə əl ilə çalışan texnika işlərinə həvəs göstərdi. Münhen Texniki Universitetinə qəbul oldu. Təhsilini ABŞ, İngiltərə və Fransada davam etdirdi. Atasının maddi vəziyyəti yaxşı idi... Werner Siemens də mühəndis idi.

Ailə şirkətini qurdu, dünyaya meydan oxudu

Carl Siemens təhsilini tamamladıqdan sonra atasının atelyesində işləməyə başladı. Burada özünü inkişaf etdirdikdən sonra Londona gedərək özünə məxsus olan "Siemens Brothers" şirkətini qurdu. Atası ilə birləşdikdən sonra ailə şirkəti halına dönüşən Siemenslər elektrik və elektrik axını sahəsində yeni icadlar da gerçəkləşdirdilər.

Birinci Dünya savaşında orduya çağırıldı. Əsgər getdi, amma ordu, bir müddət sonra Siemensi ailə şirkətini inkişaf etdirərək, ordu üçün mexaniki və elektrik cihazlar istehsal etməsi üçün ordudan azad edildi. O da səyyar simsiz teleqraf istehsal etdi. Carl Siemens, "Siemens Company" adı altında şirkət qurduqdan sonra bu gün bütün dünyanın tanıdığı "AEG", "Siemens", "Auer" kimi markalar yaratdı. Şirkətini daha da genişləndirərək "Siemens Electro" adlandırdı. Ölkə xaricindəki ilk şirkətini Yaponiyada açdı. Öz ölkəsində orduya olan yaxşı münasibəti sayəsində hökumətə telefon, teleqraf, teleks satdı. Carl Siemens, dəmiryolları və quru yolları üçün siqnalizasiya sistemi qurma işini də öz öhdəsinə götürməklə inkişaf sürətini bir az daha artırdı.

Mühəndis, partiya rəhbəri... elektrik gestapo

Carl Siemens, Almaniya Demokrat Partiyasına rəhbərlik etdi. İqtisadiyyat sahəsindəki təcrübələrinə görə İqtisadiyyat Heyəti başçısı da oldu. Ölkəsində, fəaliyyət mexanizmi eynilə Azərbaycandakı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə bənzəyən Almaniya Yoxlama Dairəsini yaratdı. Dünya İqtisadiyyat Konfransında Alman heyətinə rəhbərlik etdi.

Siemens bütün bunları gerçəkləşdirərkən 45 yaşında idi.

İşçilərin şirkətə ortaq olmaları kimi bir ənənənin əsası məhz Siemens tərəfindən qoyuldu. 1926-cı ildə radio Almaniyada məşhurlaşdırıldıqdan sonra, bu cihazın çox çeşidli hissələrini istehsal etməyə başladı. Film sektoruna da ayaq açan Siemens, həm də kino lenti istehsalını da gerçəkləşdirdi.

6 gün, 7 saatlıq iş + mükafat

İşçilərin, satılan hər maldan gəlir götürməsi ənənəsini ilk dəfə başladan Siemens, gələcək illərdə istehsalçılar üçün pul mükafatı üsulu adlanan bir təcrübənin əsasını qoydu. Satılan hər maldan əldə edilən gəlirin bir qisminin işçiyə verilməsi mükafat adlandırılırdı və maaş əvəzinə ödəniş həyata keçirilirdi.

İş iqtisadiyyatı təhsili alanlar yəqin bilərlər, maaş və ödəniş fərqli anlayışlardır. Ödəniş siyasətində əlavə təhlükəsizlik tədbirləri maaşdakı kimi deyil, amma Avropanı da bugünkü Avropa edən, onların mütəmadi maaş əvəzinə ödəniş siyasətləri olmuşdur. Bu, həm də personalın məmur zehniyyətindən qurtulub istehsalı əlavə imkanlarla təmin etməkdir. Çalışma saatları üçün də ədalətli bir üsul tapan Siemens, bazar günü qeyri iş günü olmaqla birlikdə 8 saatlıq çalışma zamanını 7 saata endirdi və şənbə günü günortadan sonrakı vaxtı qeyri iş günü elan etdi.

Doğru zamanda, yalnış adamın yanında yer aldı

Almaniyada Adolf Hitler adlı bir sürətli adam meydana çıxmışdı. Bir xeyli tərəfdarı da var idi. Sənaye və bank işçilərinin demək olar ki, hamısı nədənsə, sanki onu dəstəkləməyə qərar vermişdilər. Bunu Carl Siemensə də çatdırmışdılar. Siemens "Xeyr!", - demədi, Hitleri dəstəklədi, hətta bu əsəbi, "badam bığlı", alçaq boylu adamın kansler seçilməsində böyük, əhəmiyyətli rol oynadı. Hitlerin silahlanma proqramına böyük və əvəzsiz yardımlarda bulundu. Savaş dönəmində istifadə olunacaq vasitələr hazırlayıb satdı. O vaxtlar dövlət başçısı Hindenburq idi. Hindenburq Hitlerə dəstək verirdi. Siemens də Hindenburqu dəstəkləyirdi.

Birinci Dərəcəli Döyüşə Faydalılıq Xaçı Ödülü ilə mükafatlandırılan Carl Siemens, əgər 1940-cı ildə ölməyib də, Hitlerin yüzminlərlə insanı qadın-uşaq-qoca demədən canlı-canlı yandırdığını görsəydi, yəqin ki, bu adama dəstək verməzdi. O, 68 yaşında öldü. Qurduğu şirkət isə hələ də yaşayır, yaradır. (http://baki-baku.az/)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm