Bu qidalar miqreni şiddətləndirir
Bizi izləyin

Sağlamlıq

Bu qidalar miqreni şiddətləndirir

Aclıq, yuxusuzluq, çox yatmaq, bəzi yeməklər, stress və.s bu kimi hallar miqren ağrılarını şiddətləndirir.

Publika.az xəbər verir ki, türkiyəli nevropatoloq Emel Gökmen qəhvə və şokoladın miqreni olanlara çox yaxşı təsir etdiyi üçün onlardan tez-tez istifadə etməyi məsləhət görür. Onun sözlərinə görə, bəzi həkimlər miqreni olanlara qəhvə içməyi qadağan etsə də, qəhvə bu xəstəlikdən əziyyət çəkənlərin yarısından çoxuna müalicəvi təsir göstərir.

E,Gökmen şokolad haqqında da eyni fikirləri bildirib: “Şokoladın miqrenə səbəb olduğu düşünülsə də, reallıq fərqlidir. Əslində, miqren hücumları başlayanda xəstə nə isə yemək (xüsusi ilə şirniyyat və şokolad) ehtiyacı duyur. Çünki hücum əvvəldən başlayıb. Ona görə də, şokoladın miqrenə səbəb olduğunu söyləmək yanlışdır”.

Mütəxəssis miqren xəstələrinin çox az faizinə şokoladın təkan verə biləcəyini qeyd edib: “Əgər miqrendən əziyyət çəkən xəstələr özündə bu halı müşahidə edibsə, onda şokolad yeməməyi tövsiyə etmək olar. Digərləri rahatlıqla şokolad yeyə bilər”.

Emel Gökmen miqrenə təkan verən yeməklərin siyahısını da açıqlayıb.

Miqrenə təkan verən qidalar:

Pendir, kolbasa, kolbasa kimi hazır ət məhsulları, şərab başda olmaqla içkilər, krevet kimi dəniz məhsulları, konservlər, çərəzlər başda sayıla bilər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm