İŞİD-in Türkiyədən sonrakı hədəfi açıqlandı
Bizi izləyin

Dünya

İŞİD-in Türkiyədən sonrakı hədəfi açıqlandı

“İŞİD terror təşkilatının Türkiyədən sonrakı hədəfi Avropa ölkələridir”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə kəşfiyyatı əvvəlcədən xəbərdarlıq məlumatı yayıb.

Məlumatda deyilir ki, son 45 gün ərzində Türkiyədə Qafqaz əsilli İŞİD terrorçuları tərəfindən müxtəlif terror aktları planlaşdırılıb:

“Terrorçuların əsas hədəfi aralarında daha çox siyasətçilərin, bürokratların və jurnalistlərin olduğu 30 nəfərlik şəxslər olub. Əldə etdiyimiz səhih kəşfiyyat məlumatlarına görə, Türkiyədə terror aktları həyata keçirən və ya planlaşdıran terrorçular xarici xüsusi xidmət orqanları tərəfindən idarə olunur. Ancaq İŞİD-in Türkiyədən sonrakı hədəfi Avropa ölkələridir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm