Bu prospektdə hərəkət məhdudlaşdırılır
Bizi izləyin

Qırmızı.az

Bu prospektdə hərəkət məhdudlaşdırılır

Bu gecə Nizami rayonu Qara Qarayev prospektinin bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik tam olaraq məhdudlaşdırılacaq.

Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasına səbəb aparılan təmir işləridir.

Məhdudlaşdırma Qara Qarayev prospektinin Şirin Mirzəyev küçəsindən Rüstəm Rüstəmov küçəsi istiqaməti üzrə (Dakar meydanınadək) olan hissəsində tətbiq olunacaq. Digər hərəkət istiqaməti üzrə, yəni R.Rüstəmov küçəsindən metronun Qara Qarayev stansiyası yerləşən əraziyə doğru hərəkətdə hər-hansı bir məhdudlaşdırma tətbiq olunmur.

Sürücülərdən təmir işləri aparılan müddət ərzində alternativ olaraq Mikayıl Əliyev, Mehdi Abbasov, Rüstəm Rüstəmov və digər küçələrdən istifadə etmələri tövsiyyə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm