“Sandisk” dünyada ən sürətli fləşkanı təqdim edib
Bizi izləyin

Texnoloji

“Sandisk” dünyada ən sürətli fləşkanı təqdim edib

Məşhur fləş-yaddaş istehsalçısı olan şirkət məlumatı 100 meqabayt sürətlə ötürməyə imkanı verən mikrokart nümayiş etdirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Western Digital” şirkətinin sahiblərinin iddiasına görə, “Sandisk”, “SanDisk Extreme microSDXC UHS-I” - 256 giqabayt həcmi olan mikrokart bu gün dünyada nəslinin ən sürətlisidir. İstehsalçının məlumatına görə, yeni fləşka 14 saatadək 4K formatında video saxlamağa, həmçinin faylları 100 meqabayt sürət ilə ötürməyə qadirdir.

Bu xarakteristika “microSDXC UHS-I” kartını bəzi eksen kameralarda, smartfonlarda və pilotsuz təyyarələrdə istifadə etməyə imkan verir. Yeni kart 2016-ci ilin dördüncü rübündə 200 dollara yaxın qiymətlə satışa çıxarılacaq. Bununla belə, ekspertlər qeyd edirlər ki, “Sandisk” fləşkası bu ilin mayında təqdim olunmuş “EVO Plus Samsung”-dan yalnız bir qədər üstündür. Koreya mikrokartının ötürülmə sürəti təxminən 95 meqabayt təşkil edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm